Mart 28, 2020 15:21 Asia/Baku
  • Ruhani COVID-19-la mübarizə layihələrinin tam icrasını vurğulayıb
    Ruhani COVID-19-la mübarizə layihələrinin tam icrasını vurğulayıb

İran İslam Respublikasının prezidenti deyib ki, koronavirusun profilaktikası üzrə İranda «ictimai məsafəqoyma» layihəsi diqqətlə icra olunmalıdır.

Həsən Ruhani bu gün Tehranda koronavirusla mübarizə və onun nəzarətə alınması üzrə milli qərargahın iclasında qeyd edib ki, «ictimai məsafəqoyma» layihəsi qərarı aprelin 8-dək davam edəcək.

Ruhani söyləyib: İranda bütün xalq və icra orqanları koronavirusla mübarizə üçün lazımi həmkarlığa malik olmalıdırlar.

İran İslam Respublikasının prezidenti bir daha vurğulayıb: İran xalqı sanksiyalı və çətin şəraitdədir, amma dünya sanksiyada olan bir ölkənin bu təhlükəli və öldürücü virusla necə mübarizə apara bilməsinə məətəl qalıb.

İranda koronavirusun aşkar edildiyi ilk andan bütün əlaqədar orqanların və ölkənin silahlı qüvvələrinin köməyi ilə profilaktik və müalicə tədbirləri başlandı və hazırda İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə koronavirusa yoluxmuş şəxslərin müalicəsi və xəstələrin karantinə alınmaları sürətlə icra olunmaqdadır.

İranda «ictimai məsafəqoyma»nın gücləndirilməsi layihəsi də ölkə səviyyəsində qeyri-vacib gediş-gəlişlərin aradan qaldırılması, insan toplantılarının qadağan olunması və təmasların azaldılması istiqamətində xəstəliyin köçürülməsi halqasının kəsilməsinə kömək məqsədilə başlanıb.

COVID-19-LA MÜBARİZƏ LAYİHƏLƏRİNİN TAM İCRASINA TƏKİD

Teqlər