Mart 29, 2020 14:30 Asia/Baku
  • Koronavirusla mübarizədə İranın yeri qənaətbəxşdir
    Koronavirusla mübarizədə İranın yeri qənaətbəxşdir

İran prezidenti deyib: İranın səhiyyə nazirinin COVID-19-la mübarizə barədə təqdim etdiyi hesabatla İranın bu xəstəliyin müalicəsi yolundakı yeri qənaətbəxşdir.

Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında bildirib ki, ölkə vilayətlərinin bir çoxu koronavirus böhranının kulminasiya nöqtəsini arxada qoyubdur. O, sonra deyib: İrandakı rəqəm və məlumatların digər ölkələrdəki, hətta Avropa və Qərb ölkələrindəki statistikalarla müqayisəsi göstərir ki, İranda vəziyyət olduqca yaxşıdır.

Ruhani söyləyib: İran müalicə kadrı, həkimlərin bacarığı, ölüm sayının azalması, tibb avadanlığı, xəstəxana çarpayıları və müalicə sektorunda son dərəcə yaxşı qabiliyyətlərə malikdir.

İran prezidenti həmçinin ölkənin sanksiyalı şəraitinə toxunub. Bildirib ki, İranın həkimləri və xalqı həmişə iftixar yaradıblar, zira belə bir şəraitdə koronavirusla mübarizə aparıb, ölkəni idarə etməyi bacarıblar.

Ruhani bildirib ki, İran özünü koronavirusdan sonrakı mərhələyə hazırlamalıdır. O, vurğulayıb: İstehsal, xalqın sağlamlığı və təhlükəsizliyi İranda əsas prinsiplərdir və daima dövlətin prioritetlərindən olubdur.

İranda indiyədək 35 min nəfərdən çox insan koronavirusa yoluxubdur ki, bu miqdarın iki min nəfərindən çoxu həyatını itirib. 11 min nəfər isə öz sağlamlığını bərpa edibdir.

COVID-19-LA MÜBARİZƏDƏ İRANIN YERİ QƏNAƏTBƏXŞDİR

Teqlər