Apr 02, 2020 20:53 Asia/Baku
  • OPEK(OPEC) fondu koronavirusla mübarizədə İrana kömək edir

İranın İqtisadiyyat və Maliyyə Məsələləri Nazirliyi neft ixrac edən ölkələr təşkilatı- OPEK-in beynəlxalq inkişaf fondu- OFİD-in(OFID) koronavirusla mübarizə sahəsində İrana 500 min dollarlıq yardım etmək qərarından xəbər verib.

İranın İqtisadiyyat və Maliyyə Məsələləri Nazirliyinin Koronavirusla Mübarizə Qərargahının İnformasiya Komitəsi bildirib ki, OPEK-in beynəlxalq inkişaf fondu- OFİD, bu fondun koronavirusla mübarizə istiqamətində lazım olan zəruri xəstəxana avadanlıqlarının satın alınması və paylanması üçün İrana 500 min dollarlıq yardım göstərmək haqda qərar qəbul edib.

OFİD bu köməyi Ümumdünya Səhiyyə Təşkilatının ixtiyarına qoyubdur ki, İranda xəstəxana avadanlıqlarının satın alınması və paylanması həyata keçirilmiş olsun.

OFID COVID-19-LA MÜBARİZƏDƏ İRANA KÖMƏK EDİR

Teqlər