Apr 05, 2020 14:01 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxmuş daha bir nəfər vəfat edib
    Gürcüstanda koronavirusa yoluxmuş daha bir nəfər vəfat edib

İran İslam Respublikasının prezidenti deyib: Sayıqcasına məsafə saxlama layihəsi çərçivəsində İranda orta və azriskli iqtisadi fəaliyyətlər səhiyyə protokollarına dəqiq riayətlə aprelin on birindən öz fəaliyyətlərinə başlaya bilərlər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsi qərargahının iclasında İranın səhiyyə nazirliyinin ölkədə fəaliyyətlərin tədricən və etaplarla bərpasına dair təklifi və tövsiyəsinə toxunaraq, söyləyib: İqtisadi fəaliyyətin göstərilməsi və səhiyyə protokollarına riayətin hər ikisi bir-birinin kənarında icraolunasıdır.

Ruhani İranın müqəddəs məkanlarının yenidən açılması haqda isə belə deyib: Bu müqəddəs məkanlar aprelin 18-dək bağlı qalacaqlar və gələcək iclaslarda bu haqda qərar qəbul ediləcəkdir.

İranın icra hakimiyyətinin başçısı bütün İran İslam Respublikası quruluşunun vahid şəkildə olduğunu vurğulayıb. Bildirib ki, İranın bədxahları bu birlikdən narahat və əsəbidirlər.

İranın səhiyyə nazirli Səid Nəməki cümə axşamı günü bildirib ki, İran koronavirus ilə mübarizə sahəsində ölkə əhalisinin 90 faizindən çoxunu öz çətiri altına ala bilibdir. O, deyib ki, İran koronavirusu idarə etmək mərhələsindədir və qarşıda xəstəliyi aradan qaldırmaq mərhələsi durur.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

İRANDA AZRİSKLİ İQTİSADİ FƏALİYYƏTLƏR BƏRPA EDİLƏCƏK

Teqlər