Apr 07, 2020 07:11 Asia/Baku
  • İran prezidenti ölkələrin bir-birilərinin təcrübələrindən bəhrələnmələrini vurğulayıb

İran İslam Respublikasının prezidenti deyib ki, ölkələr və dövlətlər bir-birilərinin köməyi, həmkarlığı və təcrübələrindən istifadə etməməklə koronavirusla mübarizə üzrə hazırkı həssas şəraitdən keçə bilməzlər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində bildirib ki, koronavirusla mübarizə sanksiya şəraitində İran üçün digər ölkələrdən daha çətindir. O, deyib: Amerika hökuməti İrana qarşı qanunsuz sanksiyalar tətbiq etməklə beynəlxalq qaydaları pozmaqla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci ildə qəbul etdiyi səhiyyə qaydaları qərarını pozur.

İran prezidenti BMT baş katibinin koronavirus pandemiyası dövründə ölkələr arasında atəşkəsin elan olunmasına dair təşəbbüsünü alqışlayıb. Vurğulayıb ki, Avropa tərəfindən nüvə anlaşmasındakı öhdəliklərə əməl edilməsi və sanksiyaların qaldırılması bir zərurət olaraq, hazırkı xas şəraitdə də ikiqat önəm kəsb edibdir.

Ruhani həmçinin Amerikanın İraqdakı hərəkətlərini təhlükəli hərəkət və bu ölkə ilə yanaşı regionun təhlükəsizliyinin zərərinə olduğunu bildirib. Qeyd edib ki, İran regionda heç bir gərginliyi yaxşı qarşılamır və daim regionda davamlı sülh və sabitliyin yaradılması istiqamətində səy göstərir və göstərəcəkdir də.

Fransa prezidenti də Avropa ölkələrində koronavirus pandemiyasının vəziyyəti və onunla mübarizə tərzi barədə məlumat təqdim edib. Ümidvarlıq edib ki, İNSTEKS-in maliyyə mexanizmindən istifadə ilə İran-Avropa mübadilələri artacaq və qarşılıqlı maliyyə əməkdaşlıqları daha asan formada həyata keçiriləcək.

Makron həmçinin İranın regional münasibətlərdəki mühüm və konstruktiv roluna toxunub, regionda təhlükəsizlik, stabillik və sülhün genişləndirilməsi istiqamətində İran ilə Fransa arasında ikitərəfli, regional və beynəlxalq anlaşma və həmkarlıqların genişləndirilməsinə təkid edib.

İRAN PREZİDENTİ FRANSALI HƏMKARI İLƏ TELEFONLA DANIŞIB

Teqlər