Bəzi ölkələr koronavirusla mübarizə təchizatlarının İrana göndərilməsini əngəlləyiblər
https://azeri.sahartv.ir/news/İran-i360261-bəzi_ölkələr_koronavirusla_mübarizə_təchizatlarının_İrana_göndərilməsini_əngəlləyiblər
İranın birinci vitse-prezidenti deyib ki, Bəzi ölkələr koronavirusla mübarizə təchizatlarının İrana göndərilməsini əngəlləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2020 11:04 Asia/Baku
  • Bəzi ölkələr koronavirusla mübarizə təchizatlarının İrana göndərilməsini əngəlləyiblər

İranın birinci vitse-prezidenti deyib ki, Bəzi ölkələr koronavirusla mübarizə təchizatlarının İrana göndərilməsini əngəlləyiblər.

Eshaq Cəhangiri bu gün Tehranın cənubunda maska istehsalı xəttinə baş çəkdikdən sonra sonra belə deyib: İran İslam Respublikasının sifariş verdiyi əmtəə malları müxtəlif bölgələrdən İrana doğru yüklənməyə hazır olarkən bəzi ölkələr sanksiya bəhanəsilə bu yüklərin İrana göndərilməsinə mane olublar.

İran İslam Respublikasının birinci vitse-prezidenti vurğulayıb: Bu gün İranda koronavirus xəstələri ilə bağlı bütün ehtiyaclar əldə edilərək, istehsal olunur və yaxın gələcəkdə səhiyyə vəsaitlərinin istehsalı sahəsində heç bir çatışmazlıq mövcud olmayacaqdır.

TİBBİ TƏCHİZATLARIN İRANA GÖNDƏRİLMƏSİNƏ MANEÇİLİK