İran İraqın yeni baş nazirinin təqdim olunmasını alqışlayıb
https://azeri.sahartv.ir/news/İran-i360361-İran_İraqın_yeni_baş_nazirinin_təqdim_olunmasını_alqışlayıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü/ Mustafa Əbdullətif Əlkaziminin İraqın yeni baş naziri kimi təqdim olunmasını alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2020 02:48 Asia/Baku
  • İran İraqın yeni baş nazirinin təqdim olunmasını alqışlayıb
    İran İraqın yeni baş nazirinin təqdim olunmasını alqışlayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü/ Mustafa Əbdullətif Əlkaziminin İraqın yeni baş naziri kimi təqdim olunmasını alqışlayıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyyid Əbbas Mousəvi deyib: İran daima İraqda siyasi sabitlik, ərazi bütövlüyü, suverenlik və istiqlaliyyəti himayə edib və bu ölkənin bütün siyasi cərəyanlarının demokratik proseslər yolu ilə əldə olunan fikir birliyini ixtilafların dinc yolla həlli üçün yeganə yol hesab edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: Şübhəsiz, bütün iraqlı şəxsiyyətlər, siyasi qrup və tayfaların İraqda ali dini mərcəiyyətin və xalqın tələblərinin təmin edilməsi, həmçinin regional və beynəlxalq səviyyələrdə mühüm yerə malik olan vahid, stabil ölkə yaratmaq üzrə həmrəyliyi və həmkarlığı təsirli olub və indi də təsirlidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: İran İslam Respublikası keçmişdə olduğu kimi İraqın problemlərdən keçməsi və bu ölkənin xalqı və mərcəiyyətinin öz yüksək hədəflərinə çatmaları məqsədilə İraq hökumətilə həmkarlığa hazırdır.

Ədnan Əlzərfinin İraqın nazirlər kabinetini təşkil etməkdən vaz keçməsindən sonra bu ölkənin prezidenti Bərhəm Salih dünən Mustafa Əbdullətif Əlkazimiyə İraqın yeni nazirlər kabinetini təşkil etməyi tapşırdı.

İraqın yeni baş nazirinin etimad səsi əldə etmək üçün öz nazilrlər kabinetini bu ölkə parlamentinə təqdim etməkdən ötrü bir ay fürsəti var.

İRAN İRAQIN YENİ BAŞ NAZİRİNİN TƏQDİMATINI ALQIŞLAYIB