Apr 12, 2020 14:53 Asia/Baku
  • İranın 1 milyard 600 milyon dollar pulu amerikalıların inhisarından çıxarılıb

İran İslam Respublikasının prezidenti Amerika hökuməti tərəfindən saxlanılmış İranın 1 milyard 600 milyon dollar pulunun amerikalıların inhisarından çıxarılması və azad edilməsindən xəbər verib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda koronavirusla milli mübarizə qərargahının iclasında sonra belə deyib: Bütün çətinliklərə rəğmən, İranın Mərkəzi Bankının və İran Xarici İşlər Nazirliyinin hüquqşünasları aylarla səylərdən sonra Lüksemburqda dondurulmuş İranın 1 milyard 600 milyon dollar pulunu azad etməyə müvəffəq olublar.

Ruhani sonra amerikalıların İranın Beynəlxalq Valyuta Fondundan kredit almasına qarşı sabotajına işarə və belə qeyd edib: Koronavirusun pandemiya formasına düşdüyü hazırkı dövrdə və amerikalıların özlərinin də bu virusa düçar olduqları və İran xalqının belə bir şəraitdə hansı problemlərə dözdüyünü bildikləri bir halda, daima İrana qarşı təzyiqlərini artırırlar; bu qeyri-insani və bəşəriyyətə zidd hərəkətlər tarixdə həmişəlik olaraq qeydə alınacaqdır.

İran İslam Respublikası koronavirus pandemiyasının başlanması ilə bir zamanda Beynəlxalq Valyuta Fondundan beş milyard dollar kredit istəmişdi ki, Amerika sabotajla bu kreditin İrana ödənilməsinə mane olubdur.

İRANIN 1 MİLYARD 600 MİLYON DOLLAR PULU ABŞ-DAN ALINDI

Teqlər