Sepah var gücü ilə meydanda və xalqın yanındadır
-
Sepah var gücü ilə meydanda və xalqın yanındadır
İranın məhkəmə hakimiyyətinin sədri deyib ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah var gücü ilə meydanda və xalqın yanındadır.
İranın məhkəmə hakimiyyətinin sədri Ebrahim Rəisi bu gün İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının mühit təmizləmə əməliyyatı və bioloji müdafiə üzrə ümumölkə manevrində iştirak edib və belə vurğulayıb: İslam İnqilabının bərəkəti hesabına İranın silahlı qüvvələrində belə bir bacarıq vardır ki, təhdidləri fürsətə çevirsinlər.
Rəisi bildirib: Bu gün hər yerdə ki, xidmətdən söz gedir, Sepah-ın adı orada parlayır. O, sonra deyib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah təbii bəla və fəlakətlərdə xalqa yardımda, həmçinin cəmiyyətin sağlamlığını hədələyən nəhs virus qarşısında xalqa xidmət göstərməkdə daima iştirak edib.
İranın məhkəmə hakimiyyətinin sədri daha sonra bildirib ki, səyyar xəstəxanaları təchiz etmək çox dəyərli bir işdir. O, ümidvarlıq edib ki, Sepah və Bəsic-in əhaliyə məişət bağlamalarının təqdimatı sahəsindəki xidmətləri, yoxsullar və ehtiyaclılara yardımları, sel və zəlzələdən zərər çəkənlərə xidmət göstərmələri, eləcə də sağlamlıq müdafiəçilərinin dayağı kimi yaradılan təchiz olunmuş xəstəxanaların düzəldilməsi İran üçün dəyərli bir dayaq olacaq.
SEPAH VAR GÜCÜ İLƏ XALQIN YANINDADIR