İranın səhiyyə ləvazimatlarının təmini üzrə şəraiti inkişaf etmiş ölkələrlə müqayisəediləsi deyil
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, ölkə əlcək, maska, dezinfeksiya maddələri, xəstəxana, dərman və tibb ləvazimatlarının təmini sahəsində problemlə üzləşmir. O, deyib ki, İranın səhiyyə ləvazimatlarının təmini üzrə şəraiti inkişaf etmiş ölkələrlə müqayisəediləsi deyildir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün İranın nazirlər kabinetinin iclasında bildirib ki, ölkənin müalicə bölmələri koronavirusa yoluxanların aşkar edilmələri, koronavirus xəstələrininin qorunmaları və onların müalicəsi sahəsində çox böyük səylər göstəriblər. O, sonra deyib: Bəzi ölkələrdə xəstə xəstənxanaya müraciət edib, lakin şəfqət işçisi və həkim, yaxud da xüsusi nəzarət bölməsində çarpayı yetərincə qədər mövcud olmayıbdır.
Ruhani vurğulayıb ki, İranda koronavirus epidemiyasından bəri hətta bir dəfə də olsun belə, elə bir hal olmayıbdır ki, bir kəs xəstəxanaya müraciət etmiş olsun və onu tibb ləvazimatlarının olmamasına və ya maliyyə probleminə görə, yatırmasınlar. O, deyib ki, İranda xarici vətəndaşlar üçün də müalicə xidmətləri pulsuz həyata keçirilir.
RUHANİ İRANDA MÜALİCƏ XİDMƏTLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB