İranda koronavirusa yoluxanların aşkar edilməsi üzrə yeni üsullar tətbiq olunub
İran İslam Respublikasının prezidenti ölkədə koronavirusa yoluxan xəstələrin aşkar edilməsi üçün yeni metod kimi antibodi analizinin tətbiqindən xəbər verib.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün koronavirusla milli mübarizə qərargahının iclasında bildirib ki, ölkədə yeni dispanseləşdirmə başlanıb. O, sonra deyib: Bəzi şəxslərin koronavirus analizinin müsbət olmasından sonra onlarla əlaqədə olan şəxslərdən də analiz alınacaqdır ki, statistikalar dəqiqləşdirilmiş olsun.
İran İslam Respublikası prezidenti koronavirusla milli mübarizə qərargahının ölkənin müxtəlif vilayətlərində bu virusla bağlı rəqəmlər barədəki hesabatına işarə edib və belə deyib: Statistikalar göstərir ki, İran bu xəstələyin aradan götürülməsi şəraitinə yaxınlaşıbdır.
Ruhani həmçinin İranda Şərif adına Universitetin koronavirus barədə hazırladığı tətbiqi proqrama toxunub. Bildirib ki, bu proqrama və İranın səhiyyə nazirliyinin onlara verdiyi məlumatlara əsasən, koronavirusla bağlı kimin qırmızı, kimin isə sarı şəraitə malik olduğunu bilmək olar və sonuncular nəzarətə alınmalıdırlar.
İRANDA COVID-19 YENİ ÜSULLAR İLƏ AŞKAR EDİLİR