Apr 19, 2020 19:00 Asia/Baku
  • Sepah amerikalılara xəbərdarlıq edib
    Sepah amerikalılara xəbərdarlıq edib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin ictimai əlaqələr bölməsi bir məlumatda ABŞ dəniz qüvvələrinin Fars Körfəzindəki qeyri-peşəkar rəftarlarına işarə edib. Vurğulayıb ki, amerikalılar hər cür avantüradan, həmçinin saxta və yalan rəvayətlərdən çəkinsinlər.

ABŞ dəniz qüvvələrinin Qərbi Asiya bölgəsindəki 5-ci donanması, həmçinin bu ölkənin bəzi siyasi və hərbi rəsmisi son zamanlar iddia ediblər ki, aprelin 15-də Sepah-ın 11 qayığı Fars Körfəzinin şimalında Amerika gəmiləri üçün problem yaradıb və bu gəmilərin yaxınlığından sürətlə keçərək, müştərək əməliyyat keçirməkdə oiubdur.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin ictimai əlaqələr bölməsi amerikalı terrorçuların bu macəra barədəki rəvayətini hollivudsayağı bir rəvayət adlandırıb və belə vurğulayıb: Amerikanın dəniz qüvvələri aprelin 6-sı və 7-də qeyri-peşəkar və təhlükəli rəftarlarla və ilkin xəbərdarlıqlara məhəl qoymadan Fars Körfəzindəki İran qayığının yolunu bir müddət bağlayıb və nəhayət İran qayığının hərəkəti yolundan kənara çəkilməyə məcbur olublar.

Bu məlumatda sonra deyilir: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələri amerikalı terrorçuların qanunsuz və avantürist rəftarlarının davam etməsinin qarşısını almaq, eləcə də yanacaq qacaqmalçılığı ilə mübarizə və İran qayıqlarının gediş-gəliş təhlükəsizliyini gücləndirmək üçün Fars Körfəzi sularındakı öz dəniz patrullarının imkanlarını artırıb.

Məlumatda daha sonra deyilir: Amerikalı terrorçuların qeyri-peşəkarcasına və təhrikedici hərəkətlərinə və xəbərdarlıqlara məhəl qoymamalarına rəğmən, İran qüvvələrinin duruş gətirmələrilə amerikalılar Sepah-ın dəniz qüvvələrinin qayıqlarının hərəkəti yolundan kənara çəkilməyə məcbur oldular.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin ictimai əlaqələr bölməsi bu məlumatda amerikalılara Fars Körfəzində və Oman dənizində dənizçilik prtokollarına və beynəlxalq qaydalara tabe olmağı tövsiyə edib və belə vurğulayıb: Amerikalı terrorçular əmin olsunlar ki, Sepah-ın dəniz qüvvələri və İranın silahlı qüvvələri regionda əcnəbilərin çox təhlükəli rəftarlarını özlərinin qırmızı xətləri və milli təhlükəsizliklərinə qarşı bir təhdid hesab edir və onların hər cür hesablama xətalarına qətiyyətli cavab verəcəklər.

SEPAH AMERİKALILARA XƏBƏRDARLIQ EDİB

Teqlər