«Nur» süni peykinin uğurlu atışı İranın müdafiə gücünü yüksəltdi
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı İranın çoxməqsədli süni peykinin uğurlu atışına işarə edib. Vurğulayıb ki, «Nur» süni peykinin uğurlu atışı İranın müdafiə gücünü yüksəltdi.
«Nur» süni peyki İran İslam Respublikasının ilk hərbi peyki kimi bu gün səhər Sepah vasitəsilə İranın mərkəzi səhrasından 2 etaplı «Qasid» peykdaşıyıcısından atılaraq, yerin 425 kilometrlik orbitində yerləşibdir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Hoseyn Səlami müdafiə istifadəsi də olan bu çoxməqsədli peykin uğurlu atışından sonra həmin böyük uğur və nailiyyət münasibətilə İran xalqını təbrik edib. Deyib ki, bu mühüm nailiyyət Sepah-ın müdafiə gücünün strateji informasiyasının genişlənməsi deməkdir.
General Səlami üstünlük yaradan qabiliyyətlərə çatmaq üçün kosmik texnologiyalara nailolmanı Sepah kimi qüdrətli müdafiə qüvvələri üçün bir zərurət adlandırıb və qeyd edib ki, bu gün dünyanın güclü orduları kosmosda yerləşmədən əhatəli müdafiə planına malik deyillər və İranın bacarıqları dairəsini genişləndirəcək bu üstünlük yaradan texnologiyaya nail olmaq strateji bir nailiyyətdir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı bildirib ki, bu peyk təkcə müdafiə və hərbi məsələlərə aid deyil. O deyib: Bu çoxməqsədli peykin kosmosda yerləşməsi həm IT və informasiya döyüşləri sahəsində İran üçün strateji izafi dəyər, həm də informasiya savaşlarında güclü zəminlər yarada bilər.
General Səlami vurğulayıb ki, peykin kosmosa göndərilməsinədək görülmüş bütün işlər xaricə söykənmədən yerli elmə arxalanmaqla həyata keçirilibdir. O belə qeyd edib: Sanksiya nəinki İranın inkişafı yolunda bir maneə deyil, əksinə dünya səviyyəsində yaxın üfüqə və region səviyyəsində böyük bir güc olmaq üçün modern texnologiyaları irəlilədən motorun işə düşməsinə səbəb olur.
İRANIN KOSMONAVTİKADAKI YENİ UĞURU