Apr 29, 2020 13:52 Asia/Baku
  • Ruhani amerikalılara: Bura, Nyu-York körfəzi yox, Fars Körfəzidir

İran İslam Respublikasının prezidenti bildirib ki, Fars Körfəzi İran xalqının adınadır. O, deyib: Amerikalılar bilməlidirlər ki, bu su yolunun adı, Nyu-York körfəzi və ya Vaşinqton körfəzi deyil, Fars Körfəzidir.

Bu gün, 2020-ci il aprelin 29-u, portuqaliyalı müstəmləkəçilərin 1622-ci ildə İranın cənub sularından çıxarılmalarının ildönümü günüdür. Bu gün, Fars Körfəzi milli günü adlandırılıbdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında Fars Körfəzi milli gününü təbrik edərək, deyib: Amerikalılar Fars Körfəzinin adından və min illər boyu qoruyucusu olduğu su yolunun kənarındakı xalqından şəraiti dərk etməli və hər gün İran xalqına qarşı fitnə törətməməlidirlər.

Ruhani bildirib ki, İran xalqı Fars Körfəzinin su yolunu qorumaq üçün həmişə müvəffəq olub. O, sonra deyib: İranın silahlı qüvvələrdəki əsgərləri həmişə Fars Körfəzinin keşikçiləri olublar və olacaqlar.

İran İslam Respublikasının prezidenti həmçinin ölkənin koronavirusla mübarizə tədbirlərinə toxunub və belə deyib: Bir çox ölkələrin başçıları ilə telefon söhbətlərində onlar təşəkkür edirdilər ki, İran bu virusla mübarizə üçün olduqca mütəşəkkil və güclü bir iş görübdür.

Ruhani bildirib ki, İran sanksiyalara rəğmən, koronavirusla mübarizə üçün öz ayaqları üstə dayanıbdır. O, deyib: İran elə bir nöqtəyə çatıbdır ki, hətta antibodi sınaq şüşələrində ixracata qadirdir.

İran İslam Respublikasının prezidenti bildirib ki, koronavirusun dünyada bitməsi proqnozediləsi deyil. O, deyib: Koronavirusun başa çatmasının aydın olmadığına görə, təhsil, iş və ictimaiyyəti fəal saxlamaq kimi müxtəlif fəaliyyətlər üçünü özümüzü hazır vəziyyətdə saxlamalıyıq.

BURA NYU-YORK KÖRFƏZİ YOX, FARS KÖRFƏZİDİR

 

 

Teqlər