Səddama kimyəvi silah satanlar Hizbullahı terrorçu adlandırırlar
İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi bu gün səhər tezdən Almaniya hökumətinin Livan Hizbullahını terrorçu adlandırmaq üzrə düşmənçilik hərəkətini yeni bir təəccübdoğurucu hərəkət adlandırıb və bildirib ki, bu hərəkət nüqabı terrorizmin əsl himayədarlarının üzündən açıbdır.
Əli Şəmxani tvitter-də Almaniya hökumətinin Livan Hizbullahını terrorçu adlandırmaq üzrə düşmənçilik hərəkətini pisləyib. Qeyd edib ki, İraqın məhv edilmiş diktatoru Səddama kimyəvi kütləvi qırğın silahını satanlar indi insan haqlarının müdafiəçisi olublar və özlərinin uşaqöldürən dostlarının qorxusundan qəhrəman Hizbullahı terrorçu adlandırırlar.
Şəmxani deyib ki, İŞİD Avropaya gedib çıxmadı, çünki müqavimət divarının arxasında ilişib qaldı.
Almaniyanın daxili işlər nazirliyi cümə axşamı günü sionist rejimin və ABŞ-ın diqqətini cəlb etmək istiqamətində Livan Hizbullahını terrorçu adlandırdı və bu qrupun Almaniya ərazisindəki fəaliyyətlərini qadağan etdi.
Sionist rejim və Amerika son aylar Livan Hizbullahının fəaliyyətlərini məhdudlaşdırmaq üzrə səydə, bu qrupu terrorçu adlandırsınlar deyə, Avropa ölkələrini sıxac altında qoyublar.
Sionist rejim və Amerika Livan Hizbullahının bölgədəki terror qrupları ilə mübarizədəki uğurlarından sonra bu hərəkata qarşı təzyiqləri kəskinləşdirmək üzrə səylərini artırıblar.
Livan Hizbullahı müqavimət cəbhəsinin əsas üzvlərindən biri kimi bölgədə amerikan-sionist mehvərin fitnələri və hərəkətləri ilə mübarizədə əsas rol oynayır.
SƏDDAMA KİMYƏVİ SİLAH SATANLAR HİZBULLAHI TERRORÇU ADLANDIRIRLAR