May 04, 2020 08:03 Asia/Baku
  • Ruhani İranın tibb kadrına təşəkkür edib

İran İslam Respublikasının prezidenti dünən gecə nazirlər kabinetinin iclasında İranın tibb kadrı və istehsalçılarının səy və fədakarlıqlarına görə təşəkkür edib.

Həsən Ruhani bu iclasda həmçinin əhalidən istəyibdir səhiyyə təlimatlarına keçmişdəki kimi riayət etsin ki, ölkə koronavirusa yoluxma və ondan ölüm hallarının daha artıq azalmasının şahidi olmuş olsun.

İran İslam Respublikasının prezidenti həmçinin ölkənin koronavirusla mübarizə vəsaitlərinin ixracatına hazır olmasından razılıq edib, bu sahədə lazımi göstərişləri veribdir.

İran İslam Respublikası son həftələr xalqın həmkarlığı və vaxtlı tədbirlərə görə, koronavirusa yoluxmanın azalma prosesinin şahididir.

İran İslam Respublikası səhiyyə nazirliyiinin məlumatına görə, indiyədək İranda 97 min 424 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 78 min 422 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. 6 min 203 nəfər isə vəfat edibdir.

RUHANİ İRANIN TİBB KADRINA TƏŞƏKKÜR EDİB

Teqlər