Xalqlara təzyiqin tətbiq edilməsi öz yerini beynəlxalq əməkdaşlıqlara verməlidir
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, iqtisadi terrorizm və hərbi təhdid formasında xalqlara təzyiqin tətbiq edilməsi öz yerini müştərək və real təhdidlərlə mübarizə üçün iki və çoxtərəfli, həmçinin beynəlxalq əməkdaşlıqlara verməlidir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün axşam Qoşulmama Hərəkatının təmas qrupuna üzv ölkələrin dövlət başçılarının virtual zirvə görüşündə bütün ölkələri koronavirus xəstəliyi ilə mübarizə üçün həmkarlığa və yardıma çağırıb. Qeyd edib ki, İranın ehtiyac duyulan ləvazimatları əldə etməsi Amerikanın insan hüquqlarına zidd addımları ilə adətən daha uzun və bəzən də mümkünsüz olub və İslam Respublikasının koroanvirus pandemiyası ilə mübarizə üzrə məqsədyönlü proqramını çətinlik və problemlə üzləşdiribdir.
Ruhani sözünə belə davam edib: Amerika illər boyudur ki, birtərəfli və qanunsuz sanksiyalarla nəinki İran xalqını öz hüquqlarına əlçatanlıqdan məhrum edib, həm də onun hərəkətləri multilateralizm və beynəlxalq həmkarlıqlar üçün bir təhdid sayılır.
İran prezidenti Ümudünya Səhiyyə Təşkilatının zəiflədilməsini koronavirusa qarşı birgə mübarizənin zəiflədilməsi kimi qarşılayıb və belə deyib: Amerika hökumətinin Ümudünya Səhiyyə Təşkilatını həmin təşkilata lazım olan maliyyə yardımından məhrum etmək üzrə əsaslandırılmaz, tələsik və məsuliyyətsizcəsinə hərəkətini bu hökumətin digər bir strateji səhvi hesab etmək lazımdır.
Ruhani bu virtual sammitdə həmçinin vurğulayıb: İran İslam Respublikası COVİD-19 virusunun qəti müalicəsi və peyvəndinə nail olmaq üçün bütün dünya ölkələrilə əməkdaşlıq məqsədilə öz hazırlığını elan edib və hər cür həmkarlıq xahişini alqışlayır.
Qoşulmama Hərəkatının təmas qrupuna üzv ölkələrin dövlət başçılarının virtual sammitində 40 ölkənin nümayəndələri iştirak ediblər.
Bu toplantı Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının 18-ci zirvə görüşünün sədri kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin çıxışı ilə başlanıb.
Təmas qrupu Qoşulmama Hərəkatının strukturunun bir hissəsi kimi bu hərəkatın sədrinin məsuliyyətlərini asanlaşdırmaq məqsədilə yaradılıbdır.
RUHANİ ÖLKƏLƏRİ BEYNƏLXALQ HƏMKARLIQLARA ÇAĞIRIB