Koronaviruslu xarici vətəndaşlara xidmətlərin göstərilməsi davam edəcək
İran İslam Respublikasının prezidenti İranda koronavirusa yoluxmuş xarici vətəndaşlara xidmətlərin göstərilməsinin davam edəcəyini bildirib.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün koronavirusla milli mübarizə qərargahının ixtisas komitələrinin sədrləri ilə iclasda deyib: Səhiyyə Nazirliyinin dispanserləşdirmə layihəsinin icrasının/ şübhəli halların aşkar edilməsi və diaqnoz testlərinin genişləndirilməsi ilə davam etməsi, xalqın sağlamlığının qorunmasında başlıca rol oynaya bilər.
İranın səhiyyə naziri Səid Nəməki də ölkədə ağ, sarı və qırmızı bölgələr barədə hesabat təqdim edib. Ona əsasən, xəstələrin sağalmaları prosesi artmaqda və ölkədə koronavirusdan ölənlərin ona yoluxanlara nisbəti isə azalmaqdadır.
Iranin yol və şəhərsalma naziri Mohəmməd Eslami də səhiyyə protokollarına riayət edilməklə şəhərlərarası daşınmanın son vəziyyəti, həmçinin səhiyyə protokollarına riayət edilməklə şose yolu üzrə on bir sərhəd terminalında ticarət mübadiləsinə şamil olan görülmüş tədbirlər barədə hesabat təqdim edib.
Hesabatda deyilir ki, sərhəd terminallarında Azərbaycan Respublikası və Türkiyə daxil olmaqla qonşu ölkələrlə ticarət mübadilələri həyata keçirilməkdədir və aparılmış məşvərətlə Sərəxs və İncəburun dəmiryolu terminallarında ticarət mübadilələri də əldə olunmuş razılıqlar əsasında tezliklə bərpa ediləcəkdir.
İRANDA KORONAVİRUSLU XARİCİLƏRƏ XİDMƏTLƏR DAVAM EDƏCƏK