May 07, 2020 19:20 Asia/Baku
  • Zərif İraqın baş nazirini təbrik edib

İran İslam Respublikasının xarici işlər naziri İraqın yeni hökumətinin təşkili münasibətilə bu ölkənin baş nazirini təbrik edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün bir tvitter mesajında İraqda yeni hökumətin təşkili münasibətilə bu ölkənin baş naziri Mustəfa Əlkazimini, onun nazirlər kabinetini, İraqın parlamenti və xalqını təbrik edib. Vurğulayıb ki, İran İslam Respublikası həmişə İraqın xalqı və onun seçilmiş hökumətinin yanında duracaq.

ZƏRİF İRAQIN BAŞ NAZİRİNİ TƏBRİK EDİB

Teqlər