İran və Türkiyə tədqiqatçıları 20-dən çox birgə layihə icra edəcəklər
May 13, 2020 09:20 Asia/Baku
İranın elm, tədqiqat və texnologiya nazirliyinin elmi və beynəlxalq əməkdaşlıqlar mərkəzi və elmi həmkarlıqlar üzrə İran-Türkiyə işçi qrupunun razılaşması ilə iki ölkə tədqiatçıları 22 birgə layihə icra edəcəklər.
Bu layihələr hidratlar, nano liflər, elektrokimya və nano kampozitlər daxil olmaqla müxtəlif sahələrə şamil olur.
Bundan öncə İranın elm, tədqiqat və texnologiya nazirinin müavini Hoseyn Salar Amoli koronavirusdan sonrakı dövrdə İran və Türkiyənin birgə layihəsinin icrasından xəbər vermişdi.
İran və Türkiyə daima iqtisadi, elmi və mədəni sahələr xüsusiyyət təşkil etməklə bütün sahələrdə mühüm şəriklərdən olublar.
İRAN VƏ TÜRKİYƏ BİRGƏ TƏDQİQAT LAYİHƏLƏRİ İCRA EDƏCƏKLƏR
Teqlər