"İran neftin qiymətinin sabitləşməsinə tərəfdardır"
Həm OPEC, həm də OPEC+ üzvü olan İran istehsalı azaltmağın, habelə bazarda tarazlıq yaranması, neft qiymətlərinin sabitləşməsi üçün bütün neft istehsalçısı ölkələr arasında əməkdaşlığın zəruri olduğuna inanır.
"İran neft hasilatını azaltmağın zəruri olduğuna inanır və bazarda sabitləşmə yönündəki səylərin artırılmasına tərəfdardır".
SəhərAzəri-nin verdiyi məlumata gərə bu barədə "RİA Novosti" İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlaliyə istinadən xəbər verib.
“Həm OPEC, həm də OPEC+ üzvü olan İran istehsalı azaltmağın, habelə bazarda tarazlıq yaranması, neft qiymətlərinin sabitləşməsi üçün bütün neft istehsalçısı ölkələr arasında əməkdaşlığın zəruri olduğuna inanır. Bu məqsədlə İran İslam Respublikası neft naziri Bijan Namdər Zənganəh bəzi həmkarları ilə danışıqlar aparıb. İran neft qiymətlərinin tarazlı və sabit olmasına tərəfdardır. Bu, neftin həm istehsalçılarının, həm də istehlakçılarının xeyrinədir”, – diplomat qeyd edib.
Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəliblər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.