May 16, 2020 20:36 Asia/Baku
  • İran koronavirus vəziyyətinin yaxşılaşması cəhətdən ilk yerlərdən birini tutur

İran Daxili İşlər Nazirliyinin xarici vətəndaşlar və mühacirlərin məsələləri şöbəsinin müdiri İranın koronavirus epidemiyasının nəzarətə alınması və aradan qaldırılması sahəsində Əfqanıstan vətəndaşlarına xidmət və tədbirlərini şərh edib. Deyib ki, koronavirusa yoluxmuş bütün xarici vətəndaşlar pulsuz şəkildə İran xəstəxanalarında müalicə olunurlar.

SəhərAzəri-in məlumatına görə, İran Daxili İşlər Nazirliyinin xarici vətəndaşlar və mühacirlərin məsələləri şöbəsinin müdiri Mehdi Məhmudi bu gün bütün vətəndaşların ümumi sağlamlığının qorunması məqsədilə yardımların davam etdirilməsini vurğulayıb. Bildirib ki, İran İslam Respublikasının siyasəti, İran vətəndaşları və İranda yaşayan xarici vətəndaşlar arasında səhiyyə xidmət və mühafizələrinin təqdimində hər cür ayrı-seçkiliyin tətbiq edilməsinin qarşısının alınmasıdır.

Məhmudi qeyd edib ki, koronavirusun İranda yayıldığı zamandan bəri İranda yaşayan Əfqanıstan vətəndaşları arasında əlcək, maska və dezinfeksiyaedici maddələr kimi səhiyyə və müalicə ləvazimatları paylanıbdır.

İran Daxili İşlər Nazirliyinin xarici vətəndaşlar və mühacirlərin məsələləri şöbəsinin müdiri İranda bütün xarici vətəndaşlardan hərarətin ölçülməsi testinin alınmasına işarə edib. Bildirib ki, indiyədək İranda yaşayan xarici vətəndaşlardan olan təqribən 6 min ailəyə nağd və məişət yardımlarının ödənilməsilə yanaşı, onlar dezinfeksiyaedici gel və maye sabun kimi səhiyyə ləvazimatları, izoləedici paltar, əlcək, eynək və maskaya şamil olan şəxsi qoruyucu vasitələr ilə təmin ediliblər.

Əfqanıstan Xarici İşlər Nazirliyi indiyədək bir neçə dəfə İranın koronavirusa yoluxmuş xarici vətəndaşların müalicəsi sahəsində atdığı humanita və təsirli addımlara görə təşəkkür edibdir.

İran Səhiyyə Nazirliyinin sözçüsü tərəfindən elan olunan statistikaya əsasən, koronavirus xəstələrinin 83 faizindən çoxu sağalıbdır ki, beynəlxalq miqyasda bu statistika birinci yerə malikdir.

 

Teqlər