İran koronavirusla mübarizə təcrübələrini AR-na ötürməyə hazırdır
İran İslam Respublikasının 1-ci vitse-prezidenti gediş-gəliş məhdudiyyətlərinə rəğmən, İran vətəndaşlarının geri dönmələrinə imkan yaratdığına görə, Azərbaycan Respublikasına təşəkkür edib. Vurğulayıb ki, Tehran koronavirusla mübarizə təcrübələrini Azərbaycan Respublikasına ötürməyə hazırdır.
Eshaq Cəhangiri dünən axşam Azərbaycan Respublikasının baş naziri Əli Abbasovla telefon söhbətində öncədən səadətli fitir bayramını təbrik edib. Ümidvarlıq edib ki, koronavirusdan irəli gələn nigarançılıqların aradan götürülməsilə iki ölkə əlaqələri daha da genişlənəcək.
Cəhangiri koronavirusla mübarizə sahəsində İrana göstərdiyi köməklərə görə, Azərbaycan Respublikası hökumətinə təşəkkür edib. Bildirib ki, iki ölkənin səhiyyə nazirləri daha artıq həmkarlıq və ahəngdarlıqla koronavirusla mübarizə sahəsində daha geniş təcrübə mübadiləsi apara bilərlər.
İran İslam Respublikasının 1-ci vitse-prezidenti bildirib ki, koronavirus pandemiyasına rəğmən, iki ölkə arasında quru və dəniz nəqliyyatı və digər ölkələrə tranzit prosesi bərqərar olub. O, Azərbaycan Respublikası hökumətinin xoşməramlılığına görə, məmnunluq ifadə edibdir.
TEHRAN COVID-19-LA MÜBARİZƏ TƏCRÜBƏLƏRİNİ BAKIYA ÖTÜRMƏYƏ HAZIRDIR