May 25, 2020 11:37 Asia/Baku
  • İran Rusiyaya soğan ixrac edir

İranın İsfahan vilayətindən Rusiyaya soğan ixracı başlanıb.

SəhərAzəri xəbər verir, İranın İsfahan vilayətinin kənd kooperasiyası təşkilatının müdiri Fereydunşəhrdə soğan qablaşdırılması mərkəzində olarkən bu xəbəri verərək, kənd təsərrüfatı məhsullarının dəyər halqasının yaradılmasını məhsulların istehsalı və təqdiminin müdiriyyəti üçün külli və strateji proqramlardan adlandırıb.

Mohsen Hac Abedi deyib ki, satın alınan soğanlar sortlaşdırıldıqdan sonra qablaşdırılaraq, məqsəd bazarına, yəni Rusiyaya ixrac olunacaq.

O, sonra deyib: Bu il vilayətdə soğan əkini ərazisi 5300 hektardır və proqnozlara əsasən, vilayətin əkin sahələrindən 380 min tondan çox soğan yığılacaq.

O, deyib: Hal-hazırda Fereydunşəhrdəki qablaşdırma mərkəzində əlli tonluq tutumla qablaşdırma əməliyyatı başlanıbdır ki, bu proses Rusiya bazarının istəyi ilə soğan məhsulunun satılacağı zamanınadək aparılmış proqramlaşdırmalara əsasən, davam edəcəkdir.

 

Teqlər