İranda 109 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 109 min 437 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
SəhərAzəri xəbər verir, Kiyanuş Cəhanpour çərşənbə axşamı günü jurnalistlərə açıqlamasında İranda koronavirusa yoluxanların son sayı barədə ötən sutka ərzində min 787 yeni xəstənin aşkar edildiyini bildirib.
Cəhanpour sonra deyib: Yeni yoluxanlar arasından 352 nəfər xəstəxanaya yatırılıb və min 435 hal da yoluxanlarla təmasda olan şəxslər olubdur. Bütövlükdə İranda koronavirusa yoluxanların sayı 139 min 511 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 57 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 7 min 508 nəfərə çatıbdır.