May 27, 2020 07:44 Asia/Baku
  • Venesuela və İran heç vaxt ABŞ qarşısında dizə çökməyəcəklər

Venesuela prezidenti: Biz və İran iki inqilabçı xalqıq ki, heç vaxt Amerika imperializmi qarşısında dizə çökməyəcəyik.

Belə bir halda, İranın ikinci tankeri Venesuela sularına daxil olub. Maduro da İranın bu addımını alqışlayıbdır.

SəhərAzəri xəbər veriri, Venesuela prezidenti Maduro qeyd edibdir ki, Venesuela və İran Amerikanın dəniz və enerji sektorlarına qarşı sanksiyalarına rəğmən, bu iki ölkə ticarət haqqına malik olmalıdır.

Hazırda Venesuela təmizlənmiş yanacaq çatışmazlığından əziyyət çəkir və idxalata söykənməyə məcburdur. İxracat da Amerika tərəfindən məhdudlaşdırılıbdır.

İranın “Fortune” tipli ilk tankeri yerli vaxtla təqribən axşam saat 7-40 dəqiqədə Venesuela sularına daxil oldu. İranın Karakasdakı səfirliyi İranın “Forst” tipli ikinci tankerinin Venesuela sularına daxil olduğunu təsdiq edibdir.

Bu səfirlik bir tvitt-də yazıb: Bu tanker hərbi patrul dəstəsi ilə yanaşı Venesuelanın özəl iqtisadi bölgəsinə daxil olarkən limanlardan birinə tərəf hərəkət edibdir.

Venesuelaya tərəf hərəkət edən digər üç tankerin adları isə Petoniya, Fekson və Kelavel-dir.

Maduro bazar günü bir tvitt-də, müşayiət olunan böyük bir tankerin təsvirini yayıbdır.

O, İrana təşəkkür edərək, belə qeyd edib: Hegemonçu bir qüdrətin zorakılıqla hökmranlıq ardınca olduğu bir dövranda azad xalqların qardaşlığı bizi xilas edəcəkdir.

ABŞ rəsmiləri bundan öncə bildirmişdilər ki, bu tankerlər karvanını izləyir və reaksiya tədbirlərini nəzərdə saxlayır.

İran prezidenti Həsən Ruhani Amerika rəsmilərinin sözlərinə cavab olaraq belə xəbərdarlıq etdi: Əgər Amerika tankerlər qarşısında bir addım atarsa, cavab tədbirləri ilə üzləşəcəkdir.

Ruhani sonra belə demişdi: Əgər amerikalılar Karaib dənizində və ya dünyanın hər bir digər məkanında bizim tankerlər üçün problem yaradarlarsa, Amerika da problemlə üzləşəcəkdir.

Venesuela neft şirkəti Tramp hökuməti tərəfindən sanksiya edilib. Bu da bu ölkənin neft hasilatının azalamasına bais olubdur.

 

 

Teqlər