İyun 01, 2020 19:37 Asia/Baku
  • İranda 121 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 121 min dörd nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün jurnalistlərə açıqlamasında İranda koronavirusa yoluxanların son sayı barədə ötən sutka ərzində iki min 979 yeni xəstənin aşkar edildiyini bildirib.

Cəhanpour sonra deyib: Yeni yoluxanlar arasından 652 nəfər xəstəxanaya yatırılıb və iki min 327 nəfər isə ambulator şəkildə müalicə olunub və bütövlükdə İranda koronavirusa yoluxanların sayı 154 min 445 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 81 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 7 min 878 nəfərə çatıbdır.

Dünyada koronavirusa yoluxların sayı da 6 milyon 283 min nəfəri ötüb keçibdir. Onlardan azı 374 min nəfər insan həyatını itirib, təqribən iki milyon 854 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər