İyun 02, 2020 09:05 Asia/Baku
  • İranda digər ölkələrin məhkəmə sistemlərinə daxil olmaq üçün bir sayt işə salındı

İranın məhkəmə hakimiyyətinin tədqiqat mərkəzinin direktoru İranda bütün ölkələrin məhkəmə sistemlərinə daxil olmaq üçün bir saytın işə salınmasından xəbər verib. Deyibdir ki, bu addım dünyada ilk dəfədir ki, atılır.

SaharAzeri xəbər verir, İranın məhkəmə hakimiyyətinin tədqiqat mərkəzinin direktoru Seyid Höccətullah Ələmulhuda bu işdə məqsədi, dünya ölkələrinin məhkəmə sistemlərini daha çox tanımaq və əlaqə qurmaq olduğunu bildirib. O, deyib: Bu saytda dünya ölkələrinin məhkəmə orqanları hər bir qitəyə uyğun olaraq, yüklənib və Şimali Amerikada 33, Avropada 46, Asiyada 38, Afrikada 36 və Latın Amerikasında 35 ölkəyə şamil olur.

Ələmulhuda bildirib ki, bütün bu ölkələrin əsas qanun məhkəməsi, ali məhkəməsi, ali federal məhkəməsi və apellyasiya məhkəməsi vardır.

O, deyib: Bu saytın işə salınmasının ilk mərhələsində ölkələrin ədliyyə nazirlikləri və ən yüksək məhkəmə orqanlarına əlçatanlıq imkanı müyəssər olub və qərar üzrə gələcəkdə ölkələrin digər məhkəmə orqanları da yüklənməlidir.

 

 

Teqlər