Maduro tezliklə İrana səfər edəcək
Venesuela prezidenti İran tankerlərinin bu ölkəyə gəlib çatmalarını bir qələbə adlandırıb və deyibdir ki, Venesuela İran dövlətinə son dərəcə təşəkkür edir.
SaharAzeri xəbər verir:Venesuela prezidenti Nikolas Maduro bildiribdir ki, enerji və digər sahələr üzrə əməkdaşlıq müqavilələrini imzalamaq üçün tezliklə İrana səfər edəcək.
Maduro bu sözləri İrandan 1,5 milyon barreldən çox yanacaq daşıyan beş tankerin Venesuelaya göndərilməsindən sonra söyləyibdir.
Venesuela prezidenti İranın ilk tankerinin bu ölkəyə gəlib çatmasını bir qələbə adlandırıb və deyibdir ki, Venesuela İran dövlətinə son dərəcə təşəkkür edir.
O, söyləyib: Venesuela tək deyil və kənarında duran şücaətli dostları var. İran və Venesuela sülh istəyirlər. Hər iki ölkə azad dənizçilik və ticarət haqqına malikdir. İranın ilk tankerinin Venesuela gəlib çatması bir qələbədir.
Venesuelanın vitse-prezidenti də bu ölkə xalqının qanuni prezidenti olan Nikolas Maduro tərəfindən İranın dövləti və xalqına, Həzrət Ayətullahuluzma Xameneiyə və bütün İran rəsmilərinə təşəkkür edibdir ki, ötən illərdən bugünədək İran ilə Venesuela arasında mövcud olan enerji sahəsi üzrə müqavilələrin davam etməsi və onlara zəmanət istiqamətində şücaətli və inamlı addımalr atıblar.