İyun 04, 2020 12:39 Asia/Baku
  • İran və Türkiyə arasındakı sərhəd fəaliyyətləri yenidən başlanıb

İran İslam Respublikası Gömrük İdarəsinin sözçüsü deyib ki, İran-Türkiyə sərhədindəki ticarət fəaliyyətləri yenidən başlanıb.

SaharAzeri xəbər verir,İranın gömrük idarəsinin sözçüsü Seyyed Ruhollah Lətifi bildirib ki, səhiyyə protokollarının yerinə yetirilməsi ilə bu cümə axşamı günü səhərdən etibarən, Bazərqan sərhədindəki fəaliyyət adi vəziyyətə qayıdıbdır.

Lətifi əlavə edib: Bazərqan sərhədinin yenidən açılması ilə bir zamanda, səhiyyə protokollarının dəqiq yerinə yetirilməsi və ticarət yüklərinin keçməsinin sürətləndirilməsi üçün İranın Bazərqan və Türkiyənin və Gurbulağ gömrüklərinin müdirləri arasında sərhəd görüşü keçiriləcək.

İran ilə Türkiyə arasında ən böyük sərhəd gömrüyü olan Bazərqan sərhədi, koronavirusun yayılmasından sonra fevralın 23-də bağlanmışdı.

Teqlər