İyun 05, 2020 19:52 Asia/Baku
  • İranda 129 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 129 min 741 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün deyib ki, indiyədək İranda 167 min 156 nəfər qəti şəkildə koronavirusa yoluxub və ötən sutka ərzində 63 xəstənin vəfat etməsilə İranda koronavirusdan ölənlərin ümumi sayı 8 min 134 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri söyləyib: Laboratoriyalar və tibb elmləri universitetlərinin bildirdiklərinə görə, bu gün günortayadək İranda COVID-19-a yoluxan iki min 886 yeni xəstə aşkar edilib.

Dünyada koronavirusa yoluxanların sayı da 6 milyon 720 min nəfəri ötüb keçibdir. Onlardan azı 393 min nəfər həyatını itirib, 3 milyon 264 min nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər