İyun 07, 2020 17:48 Asia/Baku
  • Nəməki:

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri deyib: "İranlı alimlərin elmi bacarığı və dərman xammalının istehsalı üçün lazım olan materialları nəzərə alaraq, İran yaxın gələcəkdə Qərbi Asiyada ən böyük effektiv dərman maddələrinin istehsalçısı olacaq".

SaharAzeri xəbər verir, Ərak şəhərində yerləşən Yaxın Şərqin ilk dərman xammalının istehsal şəhərciyinin video konfrans formatında keçirilən açılış mərasimində Səid Nəməki əlavə edib: "İranda neft-kimya məhsullarının istehsalının ucuz başa gəlməsini nəzərə alaraq, dərman xammalının istehsalı üçün böyük potensial mövcuddur".

Qrip və COVİD-19-un yayılmasına baxmayaraq, İranda daxili imkanlara arxalanaraq, dərman idxalatının azaldığını qeyd edən S.Nəməki vurğulayıb: "Sanksiyalar və koronavirus pandemiyası ilə eyni zamanda dezinfektant, tibbi maska və ventilyator kimi zəruri təchizatların idxalatçısı olan İranın bu təchizatların ixracatçısına çevrilməsi böyük və tarixi bir iftixardır" 

İranın səhiyyə naziri bu nailiyyətlərin iqtisadi müharibə və sanksiya şəraitində əldə edilməsini xatırladıb.

Teqlər