İnqilab Rəhbəri Fələstin İslami Cihad Hərəkatının keçmiş baş katibinin vəfatı münasibətilə başsağlığı veriblər
İslam İnqilabının Böyük Rəhbəri Fələstin İslami Cihad Hərəkatının keçmiş baş katibi Ramazan Abdullah Şələhin vəfatı münasibətilə başsağlığı veriblər.
SaharAzeri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün bir müraciətdə Ramazan Abdullahın vəfatı münasibətilə Fələstin xalqına, fədakar Fələstin İslami Cihad Hərəkatı təşkilatına və bütün mübarizlərə verdikləri başsağlığında qeyd ediblər ki, Fələstin müqavimət cərəyanı olduqca sədaqətli və dəyərli bir şəxsi itirib.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin ümidvarlıq ediblər ki, ilahi istiqamətləndirmə və kömək, habelə Fəthi Şəqaqi və Ramazan Abdullah kimi mübarizlərin yolunu gedən layiqli canişinlərin cihadi səyləri ilə bu itkinin əvəzi çıxılacaq.
Fələstin İslami Cihad Hərəkatının keçmiş baş katibi Ramazan Abdullah Şələh xəstəliklə uzun müddət mübarizədən sonra şənbə günü vəfat edib.
İran İslam Respublikasının bir qrup məsul şəxsi, o cümlədən prezident Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi Əli Əkbər Vilayəti, İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi Həmid Şəhriyari, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor pasdar Hoseyn Səlami və İslam Şurası Məclisinin sədri Mohəmməd Baqer Qalibaf da ayrı-ayrı müraciətlərdə Ramazan Abdullahın vəfatı münasibətilə Fələstin xalqına başsağlığı veriblər.