İyun 11, 2020 13:51 Asia/Baku
  • Sanksiyalar təzyiqi xalqın iradəsinə xələl gətirə bilmədi

İran prezidenti deyib ki, sanksiyalar təzyiqi xalqın iradəsinə xələl gətirə bilmədi.

SaharAzeri xəbər verir, Həsən Ruhani bu gün video-konfrans formasında keçirilən Xorasane Rəzəvi və İsfahan vilayətlərində mədən və sənaye layihələrinin istifadəyə verilməsi mərasimində sonra belə deyib: Bu gün bütün İran böyük bir emalatxanaya çevrilib və cari günəş ilinin sonunadək 200 mühüm iqtisadi layihə istifadəyə veriləcək.

İran prezidenti bildirib ki, sanksiya şəratində də ölkənin inkişafı və istehsal prosesi davam edir. O, deyib: Əlbəttə, sanksiyalar təzyiq göstərir və işi çətinləşdirir, amma düşmən İranın inkişaf prosesini dayandıra bilməyibdir.

Ruhani söyləyib: Əlbəttə, ola bilsin, inkişaf yolu və hərəkəti yavaşıyıbdır, amma irəliyə doğru hərəkət davam edir və İran xalqı düşmənin öz hədəfinə çatmasına icazə vermədi.

İranın icra hakimiyyətinin başçısı həmçinin bildirib ki, bütün iranlı mühəndislər, iş yerləri açanlar və investorlar ölkənin abadlığı üçün gecə-gündüz çalışırlar. O, əlavə edib: İran pola istehsalı sahəsində dünya səviyyəsində onuncu yerdən səkkizinci yerə yüksəlib və h hazırkı şəraitdə 55 milyon ton polad istehsal etmək qabiliyyətinə malikdir.

Teqlər