Koronanın müalicəsində bir İran dərmanının effektivliyinin müsbət nəticələri
Təbərsi, bir İran dərmanının Məsih Daneşvəri Xəstəxanasına qəbul edilən koronaviruslu xəstələrinin müalicəsində təsirinin müsbət nəticələrini açıqlayıb.
SəhərAzəri yjc.ir-ə istinadla xəbər verir, Məsih Daneşvəri Xəstəxanası Təlim-təsil üzrə direktor müavini , Peyman Təbərsi, İranın Xəbər Telekanalının axşam saat 9-a olan buraxılışında bildirib: “Testin ilk mərhələsində olan yeni bir dərman, əvvəlcə 20 xəstədə sınaqdan keçirildi, Xoşbəxtlikdən bu dərmanı istifadı edən xəstələr arasında ölüm hadisəsi baş verməyib və dərmanın heç bir yan təsiri də olmayıb.
İran dərmanı korona xəstələrinin ölüm hallarını azaldıb
Təbərsi sözlərinin davamında deyib: İkinci mərhələdə dərman 152 xəstədə sınaqdan keçirildi, nəticələr göstərdi ki bu dərmanı qəbul edən xəstələrin ölüm halları, bu dərmanı istifadə etməyən xəstələrə nisbət çox azalmışdır.
Təbərsinin dediyinə görə, Korona xəstəliyi olan xəstələrdə yüngül simptomlar varsa Heç bir dərman tələb etmir və ümumiyyətlə dərmanlar həkim resepti ilə alınmalıdır. Dərman xüsusilə hipoksiyadan əziyyət çəkən və xəstəxanaya yerləşdirilmiş xəstələr üçün nəzərdə tutulmuşdur.
Dərman korona üçün qəti bir müalicə deyil
Təbərsi həmçinin aşkar edilən dərmanın korona üçün qəti bir müalicə olmadığını, dərmanın sinaq mərhələsində olduğunu da vurğulayaq, İranda Ümumdünya Səhiyyə Təşkilatı və Masih Daneşvəri Xəstəxanası ilə birlikdə həmin dərmanın araşdırmalarının davam etdirildiyini də bildirib.
Tabarsi dedi: Aprelin əvvəllərində bu dərmanın koronanın müalicəsində effektivliyinə dair yaxşı nəticələr əldə etdik ancaq müxtəlif elmi mərkəzlərin araşdırmalarının da nəticələrini gözləyirdik.