İranla Türkiyə arasında uçuşlar bərpa olunur
https://azeri.sahartv.ir/news/İran-i363224-İranla_türkiyə_arasında_uçuşlar_bərpa_olunur
Çavuşoğlu: “Avqust ayının 1-dən etibarən Türkiyə ilə İran arasında uçuşların bərpa olunmasını planlaşdırdıq”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2020 10:00 Asia/Baku
  • İranla Türkiyə arasında uçuşlar bərpa olunur

Çavuşoğlu: “Avqust ayının 1-dən etibarən Türkiyə ilə İran arasında uçuşların bərpa olunmasını planlaşdırdıq”.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Naziri Cavad Zəriflə İstanbulda görüşündən sonra Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu keçirilən mətbuat konfransında belə deyib.
Tütkiyə naziri deyib ki, daşınmaz əmlaklarla əlaqədar İran və Türkiyə arasında saziş imzalanıb. O, bu sazişin İran və Türkiyə xalqı arasında əməkdaşlığı daha da genişləndirəcəyinə ümidvar olduğunu bildirib.
Mövlud Cavuşoğlu Türkiyənin İrana qarşı tətbiq edilən birtərəfli və ədalətsiz sanksiyaların əleyhinə olduğunu qeyd edib: “Bölgədə hər cür qeyri-sabitlik və terrorizm, bölgədəki hər bir ölkənin problemidir. Bu gün tək bölgəmizin deyil, bütün dünyanın əməkdaşlığa və həmrəyliyə ehtiyacı var”.
Türkiyəli nazir, İranlı həmkarı ilə tək Suriya mövzusunda deyil Liviya, Yəmən və Əfqanıstanla bağlı fikir mübadləsi apardığını da bildirib.
Cavad Zərif qarşılıqlı əməkdaşlıqların əhəmiyyətini qeyd edərək deyib: “Pandemiya mərhələsi onu göstərdi ki, dünyada bütün ölkələr həmrəy olmalıdır, biz hər zaman siyasətimizi dialoq daxilində yürütməliyik”.
İranlı nazir deyib ki, Suriyanın son vəziyyətini dəyərləndirmək üçün Tehranda Türkiyə və Rusiya ilə birgə birgə toplantı olacaq: "Bu mövzuda amma öncə videkonfrans yolu ilə bir toplantı reallaşdrılacaq".
C. Zərif deyib ki, enerji və təbii qaz mövzusunda da Türkiyəli həmkarı ilə danışıaqlar aparıb və iyun ayının sonunadək İranın təbii qazının Türkiyəyə axını bərpa olunacaq.