İyun 15, 2020 21:34 Asia/Baku
  • İranda 150, 590  nəfər koronadan sağalıb

Səhiyyə Nazirliyinin sözçüsü deyib: Son 24 saat ərzində 113 nəfər koronadan öldü.

SaharAzeri  Tasnim-ə istinadla xəbər verir, Dr. Sima Sadat Lari  deyib: İranda son sutkada qəti diaqnostika meyarlarına əsasən, daha 2 min 449 nəfərdə koronavirus aşkarlanıb. Ölkəda koronavirusa yoluxanların ümumi sayı 189 min 876 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin sözçüsü Əlavə etdi: son 24 saat ərzində isə 113 xəstə hayatını itirib və beləliklə koronavirusdan ölənlərin ümumi sayı 8 min 950 nəfərə yüksəlib.

Larinin sözlərinə görə, Xoşbəxtlikdən, bu günə qədər 150, 590 xəstə sağalıb və ya xəstəxanalardan buraxılıb. Eyni halda 2765 xəstənin vəziyyəti ağırdır.

Xatırlatmaq yerinə düşər ki, bu günə qədər ölkədə covid 19-un diaqnozu ilə bağlı 1 269 194 sınaq keçirilmişdir.

Səhiyyə Nazirliyinin nümayəndəsinə görə, Xuzistan, Qərbi Azərbaycan, Hormozgan, Kürdüstan və Sistan və Bəluçistan əyalətləri xəbərdarlıq və ya qırmızı vəziyyətdədir.

 

Teqlər