İyun 16, 2020 12:34 Asia/Baku
  • Üç Avropa ölkəsinin anti-İran qətnaməsi

İngiltərə, Almaniya və Fransa ABŞ rəsmilərinin iddiaları ilə bir istiqamətdə hərəkət edərək, MAQATE-nin Direktorlar Şurasının iclasında öz anti-İran iddialarını təkrar ediblər.

SaharAzeri xəbər verir, «Blumberq» informasiya kanalının məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurası dünən öz virtual iclasında İngiltərə, Almaniya və Fransanın hazırladıqları qətnamə layihəsində İranın agentliyin araşdırmaları ilə «tam həmkarlığı»nı istəyibdir.

Bu məlumata görə, həmin birsəhifəlik qətnamə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının 2012-ci ildən bəri İrana olan ilk rəsmi xatırlatmasıdır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi də bir mətbuat konfransında İrana qarşı iddialar irəli sürüb. O, iddia edibdir ki, Tehran iki nüvə saytına əlçatanlığın verilməsindən çəkinibdir.

Bu münasibət elə bir halda göstərilir ki, İngiltərə, Almaniya və Fransa rəsmiləri son illər Vaşinqtonun siyasətlərinin ardınca gedərək, nüvə anlaşması qarşısındakı öhdəliklərinin icrasından boyun qaçırıblar.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasına üzv ölkələrin beşgünlük iclası dünən virtual surətdə bu təşkilatın Vyanadakı qərargahında başlanıbdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Amerikanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə və BMT-nin Təhlükəsizlik Şurasına sızmaq yolu ilə atıdığı təxribatçı addımlara toxunub və belə vurğulayıb: Digər ölkələr bilirlər ki, amerikalılar tərəfindən nüvə anlaşmasının nailiyyətlərinə hər cür xələlin gətiriləcəyi halda, İranın reaksiyası nə olacaqdır.

 

Teqlər