İrandan Tehran-MAQATE həmkarlıqlarının zəifləməsi barədə xəbərdarlıq
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı səfiri və daimi nümayəndəsi xəbərdarlıq edibdir ki, MAQATE-nin Direktorlar Şurasından sui-istifadə ilə hər cür siyasi qərar, Tehran-MAQATE həmkarlıqlarının zəifləməsinə səbəb olacaq.
SaharAzeri xəbər verir, Kazem Qəribabadi müxbirlərlə müsahibədə üç Avropa ölkəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranda nəzərdə tutulan iki məkana əlçatanlıq istəyi istiqamətində qətnamə qəbul etmək üzrə addımına işarə edərək deyib: İranın agentliklə geniş və konstruktiv şəkildə həmkarlıq etdiyi bir halda, Tehrandan həmkarlıq etməsinin istənilməsi məqsədilə bir qətnamənin təqdim olunması təəssüfləndirici və tamamilə qeyri-konstruktiv bir addımdır.
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı səfiri və daimi nümayəndəsi Tehranın agentliklə konstruktiv əməkdaşlıqlarının davam etməsinə zəminlərin qorunub saxlanılması üçün direktorlar şurasının üzvlərindən tədbir və sayıqlıqla siyasi və tələsik addımlar atmaqdan çəkinlmələrini istəyibdir.
Qəribabadi vurğulayıb: Amerikan hədəflərin də tamamilə aşkar olduğu anti-İran qətnamələrin qəbul ediləcəyi təqdirdə, İran İslam Respublikası ona mütənasib şəkildə lazımı ölçüləri götürməyə məcbur olacaqdır ki, onun da məsuliyyəti bu kimi siyasi və təxribatçı rəftarların banilərinin üzərinə düşür.