İranda təqribən 153 min COVID-19 xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 153 min COVID-19 xəstəsinin sağalmasından xəbər verib.
SaharAzeri xəbər verir, Sima Sadat Lari bu gün İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxan iki min 563 yeni xəstə aşkar edilib; onlardan 939 nəfər xəstəxanaya yatırılıb, yerdə qalan xəstələrə isə ambulator şəkildə xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 192 min 439 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, ötən sutka ərzində 115 nəfər həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı 9 min 65 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyinin sözçüsü sonra söyləyib: İndiyədək İranda koronavirusa yoluxanlardan 152 min 675 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.