Zərif: İran və Rusiya qlobal böhranlara birtərəfli yanaşmalara qarşı çıxmaq əzmindədirlər
https://azeri.sahartv.ir/news/İran-i363295-zərif_İran_və_rusiya_qlobal_böhranlara_birtərəfli_yanaşmalara_qarşı_çıxmaq_əzmindədirlər
İranın xarici işlər naziri bir Twitter mesajında Tehran və Moskvanın qlobal böhranların həllində birtərəfli yanaşmalara qarşı qərarlı olduqlarını yazıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2020 16:29 Asia/Baku
  • Zərif: İran və Rusiya qlobal böhranlara birtərəfli yanaşmalara qarşı çıxmaq əzmindədirlər

İranın xarici işlər naziri bir Twitter mesajında Tehran və Moskvanın qlobal böhranların həllində birtərəfli yanaşmalara qarşı qərarlı olduqlarını yazıb.

SaharAzeri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter mesajında  bu gün Moskvaya səfərinə işarə edib.
O həmin Twitter mesajında yazıb: “İran və Rusiya qlobal böhranların həllində birtərəfli və qeyri-qanuni yanaşmalara qarşı çıxmaq üçün əzmkardırlar.”
Zərif bunun Lavrovla birgə açıqlamasının bir hissəsi olduğunu bildirib. O yazıb: “Bu, bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla əldə etdiyimiz birgə bəyanatın bir hissəsidir. Orada beynəlxalq öhdəliklərimiz üzərində bir daha təkid etdik. Halbuki ABŞ və müttəfiqləri beynəlxalq münasibətlər zəminində Beynəlxalq Atom Enerjisi Agentliyinə və Təhlükəsizlik Şurasının əsaslarına hücum edirlər.”
Zərif və Lavrov bu gün Moskvada "İran İslam Respublikası və Rusiya Federasiyasının beynəlxalq hüququn gücləndirilməsi haqqında Bəyannaməsini" imzaladılar.
Bəyanat, 13 paraqrafdan ibarət olan "İran İslam Respublikası və Rusiya Federasiyasının beynəlxalq hüquqların gücləndirilməsi ilə bağlı Bəyannaməsi" adlanırdı.