COVID-19-la mübarizə üzrə İran məhsullarının eksportu
İranın ərzaq və dərman təşkilatının sağlamlıq istiqamətli məhsullarının ixracatı üzrə siyasət şurasının katibi koronavirusla mübarizə sahəsində İranda istehsal olunan 8 növ təchizat və məhsulun müxtəlif dünya ölkələrinə ixracatından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın ərzaq və dərman təşkilatının sağlamlıq istiqamətli məhsullarının ixracatı üzrə siyasət şurasının katibi Seyyed Asəf Məhdəvi bu gün cari ilin may ayında COVID-19-la mübarizə üzrə bəzi malların ixrac edilməsinə toxunaraq, deyib: Zalımcasına sanksiyaların ardınca koronavirus böhranında yaranmış problemlərə rəğmən, COVID-19-la mübarizə üzrə təchizat və məhsul sahəsinin iranlı istehsalçıları üçün fürsət yarandı. İstehsal xətləri tutumunun artması və yeni məhsulların istehsalının əlavə olunması ilə iranlı şirkətlər ölkənin ehtiyacını təmin etməkdən əlavə, bu məhsullardan bəzilərinin ixracatçılarına çevrildilər.
Məhdəvi sonra deyib: Hal-hazırda İran qonşu ölkələrə, həmçinin cənub-şərqi Asiya və Avropa ölkələrinə N95 markalı maska, seroloji sınaq şüşəsi, şild, qan, «kavral» geyimləri, monitor, ventilyator və dezinfeksiyaedici maddələr kimi məhsulların ixracatçılarından birinə çevrilibdir.