İyun 19, 2020 21:31 Asia/Baku
  •     İranda təqribən 159 min COVID-19 xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 159.192 COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

SaharAzeri xəbər verir, Sima Sadat Lari bu gün İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxan 2.615 yeni xəstə aşkar edilib; onlardan 986 nəfər xəstəxanaya yatırılıb, yerdə qalan xəstələrə isə ambulator şəkildə xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 200 min 262 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, ötən sutka ərzində 120 nəfər həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı 9392 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin sözçüsü sonra söyləyib: İndiyədək İranda koronavirusa yoluxanlardan 159 min 192 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər