İyun 20, 2020 07:50 Asia/Baku
  • İran Rumıniyadan Qolamreza Mənsurinin ölümünün dəqiq səbəbini istəyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə Rumıniya rəsmilərindən istəyibdir ki, iqtisadi müttəhim Qolamreza Mənsurinin ölüm hadisəsinin dəqiq səbəbini rəsmən elan etsinlər.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi müxbirlərin suallarına cavab olaraq Qolamreza Mənsurinin Rumıniyada ölməsi xəbərini təsdiq edib. Bildirib ki, İran bu hadisənin səbəbi haqda rəsmi məlumat gözləyir.

Mousəvi qeyd edib ki, İranın məhkəmə hakimiyyəti tərəfindən təqib olunan Qolamreza Mənsuri Rumıniyanın İnterpol şöbəsi tərəfindən həbs olunmuşdu.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Rumıniyanın rəsmiləri və polisindən istəyibdir ki, öz vəzifələrinə əməl edib, bu hadisənin dəqiq səbəbi və tərzi barədə rəsmi məlumat təqdim etsinlər.

Teqlər