İranda koronavirusla bağlı son statistika; 163 min nəfər bu virusdan sağalıb
https://azeri.sahartv.ir/news/İran-i363527-İranda_koronavirusla_bağlı_son_statistika_163_min_nəfər_bu_virusdan_sağalıb
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi İranda 163 min xəstənin koronavirusdan sağaldığını bildirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 21, 2020 15:29 Asia/Baku
  • İranda koronavirusla bağlı son statistika; 163 min nəfər bu virusdan sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi İranda 163 min xəstənin koronavirusdan sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari İranda koronavirusa yoluxanların son statistikası ilə bağlı açıqlamasında deyib: " son 24 saat ərzində qəti diaqnostika meyarlarına əsasən, daha 2 min 368 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb. Yeni yoluxanlardan 1114 nəfər xəstəxanalara yerləşdirilib, digər xəstələrə isə ambulator xidmət göstərilib.

Larinin sözlərinə görə, İranda koronavirusa yoluxanların ümumi sayı 204 min 952 nəfərə çatıb, son sutkada 116 xəstə həyatını itirib və beləliklə COVİD-19 qurbanlarının ümumi sayı 9 min 623 nəfərə yüksəlib.