İranlılar amerikanların himayə etdikləri terrorçuların qurbanlarıdırlar
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə Amerikanın illik hesabat formasında İrana qarşı ittihamlarına reaksiyada vurğulayıb: Amerika rejimi dövlət terrorizminin ən böyük himayədarı kimi terrorizmlə mübarizə və bu sahədə mühakimə səlahiyyətinə malik deyildir.
SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi Amerika rejimi tərəfindən terrorizm barədə illik ölkə hesabatının yayılmasına reaksiyada deyib: İran İslam Respublikası bu məlumatı Amerika rejiminin terrorizmlə mübarizədəki ikili meyarları, aşkar şəkildə günahı başqalarının boynuna atma və açıq sədaqətsizliyə görə tam şəkildə rədd edərək, pisləyir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: Birləşmiş Ştatlar rejimi dövlət terrorizminin ən böyük və əsas himayədarı kimi terrorizmlə mübarizə və bu sahədə mühakimə səlahiyyətinə malik deyildir.
Mousəvi vurğulayıb: Son bir neçə onilliyin tarixi aydın şəkildə göstərir ki, Amerika hətta bəzi amerikalı rəsmilərin etiraflarına görə, bəzi terror qruplarının yaradılmasında rol oynayıb və ya bu qrupları və onların terror hərəkətlərini himayə edibdir. O, belə qeyd edib: Tramp da seçki mübarizələrində açıq şəkildə etiraf etdi ki, Amerikanın qabaqkı hökumətləri İŞİD-i və terror qruplarını meydana gətiriblər.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra Amerika rejiminin terrorizmlə mübarizənin qəhrəmanı olan general-leytenant pasdar Hac Qasem Soleymanini şəhid etmək üzrə terrorçu və qorxaqcasına hərəkətini Amerika rejiminin terror cinayətlərinin bariz nümunəsi adlandırıb və belə deyib: İran İslam Respublikası bir qayda olaraq Amerika hökumətinin birbaşa və ya dolayısı ilə himayə etdiyi terror hərəkətlərinin ən böyük qurbanı kimi bu yolda 17 min nəfərdən çox şəhid verib və daima beynəlxalq və regional səviyyələrdə terrorizmlə mübarizənin ön xəttində durur.
ABŞ dövlət departamenti çərşənbə günü yayılan özünün terrorizm barədəki illik hesabatında hər ildə olduğu kimi İran İslam Respublikasını terrorizmə dəstək verməkdə ittiham edibdir.