İİR XİN ABŞ-ın dünya səviyyəsində insan haqlarını pozmasını bəyan və şərh edəcək
https://azeri.sahartv.ir/news/İran-i363743-İİr_xİn_abŞ_ın_dünya_səviyyəsində_insan_haqlarını_pozmasını_bəyan_və_şərh_edəcək
İran Xarici İşlər Nazirliyi bildirib ki, qarşıdakı 7 gün ərzində Amerikanın bu ölkə daxilində, İranda və dünyanın digər bölgələrində insanların əsas hüquqlarını şübhə altına almaq üzrə hərəkətlərini bəyan və şərh edəcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 26, 2020 03:55 Asia/Baku
  • İİR XİN ABŞ-ın dünya səviyyəsində insan haqlarını pozmasını bəyan və şərh edəcək

İran Xarici İşlər Nazirliyi bildirib ki, qarşıdakı 7 gün ərzində Amerikanın bu ölkə daxilində, İranda və dünyanın digər bölgələrində insanların əsas hüquqlarını şübhə altına almaq üzrə hərəkətlərini bəyan və şərh edəcək.

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyi öz tvitter səhifəsində yazıb: Hər il 26 iyundan 2 iyuladək İran xalqı insan haqlarının Amerika rejimi tərəfindən dəhşətli və ölümcül şəkildə pozulmasını xatırladır.

Bu yazıda deyilir: «Amerikan insan haqları həftəsi» adlandırılan qarşıdakı 7 gün ərzində biz Amerikanın bu ölkə daxilində, İranda və dünyanın digər bölgələrində insanların əsas hüquqlarını şübhə altına almaq üzrə hərəkətlərini bəyan və şərh edəcəyik.