İyun 26, 2020 07:38 Asia/Baku
  • Parçində qaz anbarı partladı/ Müdafiə Nazirliyinin sözçüsü: Xəsarət alan yoxdur

Parçin ictimai ərazisindəki qaz anbarının partladığını və yanğının yanğınsöndürənlər tərəfindən idarə olunduğunu söyləyən Müdafiə Nazirliyinin sözçüsü itki olmadığını vurğulayıb.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əmir Davud Əbdi, Tehranın şərqinda Müdafiə Nazirliyinə aid mərkəzlərdən birinin yaxınlığında baş verən partlayış barədə Xəbər telekanalına verdiyi məlumatda bildirib: “Parçin ictimai ərazisində qaz anbarı partlayıb və yanğın yanğınsöndürənlər tərəfindən idarə olundu. Heç bir itki yoxdur.”

Əbdi Əlavə olaraq deyib: "Bölgədəki həmkarlarımız məsələni daha yaxından araşdırır və daha dəqiq məlumat əldə edildikdən sonra məlumat veriləcəkdir."

 

 

 

 

 

Teqlər