İyun 26, 2020 22:10 Asia/Baku
  • Kermanın Mis Sənayesi Şirkətinin məhsulları dəmiryolu ilə ixrac olunur

Kermanın Şəhid Bahonər adına Mis Sənayesi Şirkətində ixracatın 50%-lik artımı xoş bir xəbərdir. Bu şirkətin məhsulları Vyetnam, Tayvan, İraq, Suriya, Oman, Ermənistan və Türkiyəyə ixrac olunur.

SəhərAzəri xəbər verir, Bu şirkət il ərzində 30 min ton müxtəlif mis və xəlitə məhsulu istehsal edir. Proqnoz edilir ki, şirkət ölkəyə on milyon dollardan çox valyuta gətirəcək.

M1: Son iki ayda 50%-lik istehsal artımına malik olmuşuq. İnşaallah, ilin sonunadək yüz faizlik artım nəzərdə tutmuşuq.

Koronavirus epidemiyası və sərhədlərin bağlanması ilə bu fəal sənaye öz dəmiryolu ixracatına başlayıbdır.

M2: Aparılmış ciddi müzakirələrə, hazırkı həssas şəraitə və ölkənin valyuta gəlirinə olan ehtiyacına əsasən, dəmiryolu və dəniz ixracatını davam etdirə bilmişik.

M3: Hər gün bizim ixracat məhsullarımızdan ibarət bir neçə maşın yüklənir və quru, dəmiryolu və hava ilə müxtəlif ölkələrə ixrac olunur.

M3: Yükü Zəncana aparırıq və Zəncan dəmiryolu vasitəsilə Razi sərhədinə köçürülür, oradan da Türkiyəyə tranzit edilir.

Bu şirkət hazırda özünün beş zavodunda ildə 30 min ton müxtəlif mis və xəlitə məhsullarını istehsal edərək, min nəfərdən çox insanı birbaşa şəkildə işlə məşğul edibdir.

M4: Builki proqramımız, inşaallah, iki min tondur. Yəni planda yüz faizlik bir sıçrayışa malikik və onunla paralel surətdə şirkətin istehsalında 20%-lik şıçrayışı qərar vermişik.

Bu zavodun bacarıqlı mütəxəssisləri 70 min tonluq nominal gücə çatmaq üçün bütün səylərini səfərbər ediblər.

M5: Daxili mütəxəssislərin biliyinə istinadla zavodun bir çox istehlak hissələrini yerliləşdirə bilmiışik.

M5: Əgər məhsullarımızın keyfiyyətinin eksport istiqamətli olmasını istəyiriksə, onda keyfiyyəti artırmalıyıq ki, böyük Avropa istehsalçıları ilə rəqabət gücünə malik olmalıyıq.

Kermanın Şəhid Bahonər adına Mis Sənayesi Şirkəti keyfiyyəti artırmaqla öz ixracat məhsullarını rəqabətyönlü və məhsullarını yeddi ölkəyə ixrac edə bilibdir.

Teqlər