İyun 27, 2020 21:41 Asia/Baku
  • Düşmənlərin təzyiqinin nəticəsi, İran xalqının onların sinəsinə yumruq vurması olacaq

İslam İnqilabının Böyük Rəhbəri deyiblər ki, düşmənlərin İran İslam Respublikasına qarşı təzyiqinin nəticəsini İran xalqının onların sinəsinə yumruq vurması və onları geri oturtması olacaq.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İranın məhkəmə hakmiyyətinin sədri və məsul şəxsləri ilə video-konfransda ölkənin bütün cəhətlərdə, o sıradan Amerika və xəbis İngiltərənin düşmənçilikləri qarşısında, həmçinin avropalı dövlətlərin hərəkətləri ilə qarşılaşmada qorunması vacibliyini vurğulayıb və belə qeyd ediblər: Əgər biz öz vəzifələrimizə əməl edəriksə, Allah-Taalanın köməkliyi ilə onlar hər işdə uğursuz qalacaq və öz məqsədlərini həyata keçirə bilməyəcəklər və xalqı dizə çökdürmək üçün özləri demişkən, maksimum təzyiqin nəticəsi, İran xalqının onların sinəsinə yumruq vurması və onları geri oturtması olacaq.

Həzrət Ayətullahuluzma Xamenei düşmənlərin ümumi fikirdə bədbinlik və həyəcan, həmçinin medida atmosfer yaratmq yolu ilə quruluşda hər bir dəyişiklik və islahat hərəkətini zərərsizləşdirmək üzrə ardıcıl səylərini dəyişikliyin yaradılması yolundakı çətinliklərdən adlandırıb və belə vurğulayıblar: Dəyişikliyə qarşı hər cür amil və ünsürlə mübarizə üçün yeganə təsirli yol, müqavimətin zəifləməməsi, Allah-Taalaya təvəkkül və dəyişiklik yolunun şücaətlə davam etdirilməsidir.

İslam İnqilabının Böyük Rəhbəri ABŞ prezidentinin irqçilik və quldarlıq simvollarını devirənlər üçün on il həbs cəzası və ya mühariclərin övladlarının valideynlərindən ayrılması barədəki çıxışına işarə edərək, deyiblər: Qərblilər gerçəkliyin əksinə olaraq, kinofilmlərdə öz məhkəmələrini açıq ədalət meydanı kimi göstərirlər. Əlbəttə, Qərb filmlərinin əksəriyyətində bu qanunsuzluqlardan xəbər yoxdur.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin məhkəmə hakimiyyətindəki daxili təcrübələrdən, həmçinin universitet və dini hövzə mütəfəkkirlərindən istifadə ilə «məhkəmə dəyişikliyi sənədinin daha modern variantının işlənib hazırlanması»nı dəyərli adlandırıb və belə qeyd ediblər: Bu dövrdə özünün kulminasiya nöqtəsinə çatmış korrupsiya ilə mübarizə, heç bir güzəşt omadan və haqq, ədalət və qanun əsasında, həmçinin günahsız şəxslərə təcavüz və zülm olmadan qüdrətlə davam etməlidir.

Teqlər